İtaliyanın "Fiorentina" klubunun futbolçusu Pablo Mari karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
“İki sahil” xəbər verir ki, "Əl-Hilal" 32 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
İspaniyalı oyunçu 2025-ci ilin yanvarında Florensiya təmsilçisinə keçmişdi. O, bu mövsüm bütün turnirlərdə 16 matça çıxıb.
Qeyd edək ki, Pablo Mari İngiltərədə "Arsenal", "Mançester Siti" kimi klubların formasını geyinib.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB