12 yanvar 2026 21:55
116

Türkiyədə sərnişin avtobusu TIR-a çırpılıb, 13 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında bir neçə nəfər xəsarət alıb.

“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, Tokat-Sivas şosesində sərnişin avtobusu idarəetmədən çıxaraq TIR-a çırpılıb.

Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Əraziyə təcili tibb yardım, polis, jandarm cəlb olunub.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Qeyd edilir ki, ərazidə pis hava şəraiti mövcuddur.