12 yanvar 2026 22:29
114

Əraqçi Uitkoff ilə əlaqələrin davam etdiyini təsdiqləyib

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə əlaqə saxlamağa davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə A.Əraqçi "Al Jazeera"ya müsahibəsində bildirib.

"Uitkoffla danışıqlarımız etiraz aksiyalarından əvvəl, sonra və hələ də davam edir", - o deyib.

Uitkoff ilə mümkün görüşə gəlincə Əraqçi: "Hazırda araşdırılan ideyalar var", - bildirib.

Daha əvvəl "Axios" mənbələrə istinadən xəbər verib ki, İranın XİN rəhbəri və ABŞ Prezidentinin xüsusi nümayəndəsi telefon danışığında etirazlar fonunda İslam Respublikasındakı vəziyyəti müzakirə ediblər.