13 yanvar 2026 07:32
91

Kuril adaları yaxınlığında 5,6 maqnitudada zəlzələ qeydə alınıb

Seysmoloqlar Kuril adaları yaxınlığında 5,6 maqnitudada zəlzələ qeydə alıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsinin Yujno-Saxalinsk seysmik stansiyası məlumat verib.

Təbiət hadisəsi hiss olunub.

Zəlzələ Saxalin vaxtı ilə saat 11:34-də (Bakı vaxtı ilə saat 04:34) qeydə alınıb. Zəlzələ ocağı dəniz dibinin 49 kilometr dərinliyində, episentri isə Severo-Kurilsk şəhərindən 194 kilometr cənubda yerləşib.

Yeraltı təkanların Severo-Kurilskdə 2 maqnitudada hiss olunduğu güman edilir.