14 yanvar 2026 10:49
90

Bu kluba keçmək üçün maaşının azalmasına razı oldu

Fransalı futbolçu "Fənərbağça"ya keçmək üçün maaşının azalmasına razı olub

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda çıxış edən Fransa millisinin futbolçusu Nqolo Kante Türkiyə təmsilçisi "Fənərbağça"ya keçmək üçün maaşının azaldılmasına razılıq verib.

“İki sahil” xəbər verir ki, İstanbul komandasının təklif etdiyi məvacib artıq oyunçunun keçidinə mane deyil.

Kante "Fənərbağça"ya keçməyə razılıq verib. Lakin hazırda iki klub arasında danışıqlar davam edir.

Qeyd edək ki, N.Kante 2023-cü ildən "Əl-İttihad"da çıxış edir.