İsveçrənin Vale kantonunun hökuməti Krans-Montana kurortunda yerləşən bir barda baş verən yanğın nəticəsində həlak olan 116 nəfərin hər biri üçün, eləcə də ölən 40 nəfərin hər birinin ailəsinə təcili maliyyə yardımı olaraq 10 min İsveçrə frankı (təxminən 12 500 ABŞ dolları) ayırmağı öhdəsinə götürüb.
“İki sahil” xəbər verir ki, bu barədə Vale kanton hökumətinin yaydığı mətbuat açıqlamasında bildirilir.
Bəyanatda qeyd olunur ki, hökumət ictimai tələbləri nəzərə alaraq ianələr üçün xüsusi hesab yaradıb. Bu hesabın gələcəkdə Vale kantonu tərəfindən idarə olunan rəsmi fonda çevrilməsi planlaşdırılır.
Bundan əlavə, hökumət təhlükəsizlik tədbirləri çərçivəsində Vale şəhərində yerləşən ictimai müəssisələrdə atəşfəşanlıqdan istifadənin qadağan edilməsi barədə qərar qəbul edib.