15 yanvar 2026 09:34
94

Sumqayıtda qanunsuz ov tüfəngləri aşkar olunub

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı dörd ədəd qanunsuz ov tüfəngi aşkarlanıb.

“İki sahil” xəbər verir ki, şəhərin 18-ci məhəlləsində 12 kalibirli "İJ-17" markalı tək lüləli ov tüfəngi, 76-cı məhəllədə "TOZ-8" markalı yivli tüfəng, Xəzər bağları" ərazisində iki ədəd 12 kalibirli "İJ-17" markalı tək lüləli ov tüfəngi tapılıb.