15 yanvar 2026 11:01
86

"Qarabağ" üçün daha bir rəqib

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib bəlli olub.

“İki sahil” xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qurban Qurbanovun komandası yanvarın 16-da Xorvatiya təmsilçisi "Osiyek"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Ağdam klubu həmin gün Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək. Bu görüş isə 19:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan təmsilçisi "Neftçi"ni 5:0 hesabı ilə məğlub etmişdi.