Son günlər sosial şəbəkələrdə "mygov" platformasının adından "2026-cı il üzrə 1 500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi" ilə bağlı elanlar yayılıb.
Bildiririk ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Sözügedən paylaşımların "mygov" platforması ilə heç bir əlaqəsi yoxdur.
Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.
Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız "mygov"un rəsmi kanallarını izləməyə çağırırıq.
AYNA: Şəhərlərarası və şəhərətrafı marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib
YAP Masallı rayon təşkilatında 2026-cı ildə qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
Azərbaycanda əlverişsiz hava şəraiti yanvarın 22-dək davam edəcək - XƏBƏRDARLIQ