16 yanvar 2026 21:24
115

Oktay Kaynarca və Emel Müftüoğlunun narkotik analizlərinin nəticələri bəlli oldu

Türkiyədə məşhur aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlunun narkotik analizlərinin nəticələri məlum olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hər iki məşhurun analiz nəticələri neqativ olub.

Qeyd edək ki, Kaynarca və Müftüoğlu Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində saxlanılmışdılar.