17 yanvar 2026 01:18
97

Tramp Kanada və Çin arasında ticarət müqaviləsini dəstəkləyib

“Kanadanın Baş naziri Mark Karni Çinlə ticarət müqaviləsi bağlamalıdır”.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Kanada və Çinin iki ölkə arasında ticarət müqaviləsi elan etməsinə dair suala cavabında deyib.

“Bu normaldır. O, bunu etməlidir. Yəni ticarət müqaviləsinin imzalanması yaxşı haldır. Əgər Çinlə razılaşma əldə edə bilirsinizsə, bunu etməlisiniz”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Kanada və Çin cümə günü elektrikli nəqliyyat vasitələri və kanola bitkisinin tariflərini azaldan ilkin ticarət müqaviləsi imzalayıblar.