17 yanvar 2026 08:24
118

Venesuelanın müdafiə naziri: ABŞ-ın əməliyyatında 83 nəfər ölüb

ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün apardığı əməliyyat nəticəsində 83 nəfər ölüb, 112-dən çox insan yaralanıb.

“İki sahil” “Primicia” nəşrinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes bildirib.

Nazirin sözlərinə görə, əməliyyat zamanı doqquzu qadın olmaqla 47 Venesuela hərbçisi həlak olub.

Daha əvvəl ABŞ əməliyyatı zamanı Venesuela Prezidenti Nikolas Maduronu qoruyarkən 32 kubalının həlak olduğunu bildirilmişdi.