Ərzurumda (Türkiyə) Yakutiye rayonu Sənaye Şəhərciyində yerləşən iş yerində partlayış baş verib.
“İki sahil” yerli mətbuata istinadla yazır ki, partlayışdan sonra yanğın baş verib. Alovlar nəzarət altına alınsa da, bir nəfər yaralanıb, dörd nəfər tüstüdən zəhərlənib.
Məlumata görə, hadisə yerli vaxtla günorta saatlarında mebel istehsalı emalatxanasında baş verib.
Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Aİ ölkələrində mühafizəkar dairələrdən miqrantların deportasiyasına çağırışlar artır
İrəvanda İran əleyhinə keçirilən etiraz aksiyasının yeddi iştirakçısı saxlanılıb