17 yanvar 2026 16:27
106

Daşqınlar nəticəsində 200-dən çox insan ölüb -  Afrikanın cənubunda

Afrikanın cənubunda yerləşən Mozambik, Zimbabve və Cənubi Afrika Respublikasında bir neçə gün davam edən leysan yağışlar və daşqınlar nəticəsində ümumilikdə 200-dən çox insan ölüb, minlərlə sakin evsiz qalıb.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, minlərlə sakin və turist təxliyə edilib.

Ən çox zərərçəkən dövlət Mozambik olub. Daşqınlar ölkənin, əsasən mərkəzi və cənub vilayətlərini cənginə alıb. Təbii fəlakətlərin idarə olunması qurumundan verilən məlumata görə, 103-dən çox insan ölüb. Cənubi Afrika Respublikasının iki şimal regionunda daşqınlar nəticəsində ölənlərin sayı 30-u keçib. Zimbabvedə təbii fəlakət nəticəsində 70 insan həlak olub. Minlərlə ev, körpü dağılıb, infrastruktura ciddi ziyan dəyib.