Dünyanın ən böyük internet ensiklopediyası olan "Vikipediya" fəaliyyət göstərdiyi 25 il ərzində ən çox oxunan məqalələrin reytinqini açıqlayıb.
“İki sahil” "Popular Science"a istinadən xəbər verir ki, "Wikimedia" fondunun təqdim etdiyi siyahıda futbol dünyasının iki nəhəngi, Kriştiano Ronaldo və Lionel Messi də yer alıb.
Portuqaliyalı ulduz Kriştiano Ronaldonun səhifəsi ümumilikdə 209 milyondan çox oxunub. Bu göstərici ilə o, tarixin ən çox axtarılan 6-cı şəxsi olub.
Onun əzəli rəqibi Lionel Messi isə 169 milyon baxış sayı ilə siyahıda 11-ci yerdə qərarlaşıb. Argentinalı futbolçu bu nəticə ilə Maykl Cekson, Adolf Hitler və Eminem kimi məşhurları geridə qoymağı bacarıb.
"Vikipediya" tarixinin ən çox oxunan səhifələri (Top-15):
İllər üzrə ölümlər siyahısı - 647 025 321
ABŞ - 328 501 200
Donald Tramp - 325 397 973
II Elizabet - 253 385 102
Hindistan - 210 779 909
Kriştiano Ronaldo - 209 262 818
Barak Obama - 200 619 072
İlon Mask - 197 557 684
İkinci Dünya Müharibəsi - 196 185 039
Böyük Britaniya - 180 986 829
Lionel Messi - 169 027 752
Maykl Cekson - 168 519 508
"Taxt oyunları" (Game of Thrones) - 166 648 136
Adolf Hitler - 163 955 099
Eminem - 159 866 098