19 yanvar 2026 10:28
114

Çilidə meşə yanğınları fəlakəti - Azı 18 nəfər öldü

Çilinin cənub-mərkəzi bölgəsini bürüyən meşə yanğınları nəticəsində azı 18 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Çili Prezidenti Qabriel Boriç məlumat verib:

"Bu günə qədər 18 nəfərin öldüyü barədə məlumatı təsdiqlədik, amma təəssüf ki, bu rəqəmin artacağı gözlənilir".

İlkin hesablamalara görə, təkcə Bio-bioda təxminən 300 ev yararsız hala düşüb və bu rəqəmin 1000-i keçə biləcəyi barədə xəbərdarlıq edilib. Hakimiyyət orqanları bəyan edib ki, Penko, Bio-bio, Nacimyento və Laxada komendant saatı tətbiq edilib.

Ən çox zərər dəymiş ərazilərdən biri olan Lirkendə isə komendant saatı daha əvvəl elan olunub və yanğınlar yaşayış məntəqəsinin təxminən 80 faizini bürüdükdən sonra qeyri-müəyyən müddətə qüvvədədir.

Yerli qurumların məlumatına görə, hazırda Çilidə 14 ərazidə meşə yanğını baş verir və bununla bağlı qırmızı həyəcan siqnalı verilib. Ölkə üzrə yanmış sahə 24 min hektardan çoxdur.