Qazaxıstan və Özbəkistan Sırdərya çayında avtomatlaşdırılmış su elektrik stansiyasının (SES) inşası layihəsinə başlayacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Su Ehtiyatları və Suvarma Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Layihə çərçivəsində Qazaxıstan və Özbəkistanda beş obyekt inşa ediləcək.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə hazırlanan layihə transsərhəd su bölgüsündə şəffaflıq və dəqiqliyi təmin etməyi hədəfləyir. GIZ artıq bu layihə üçün texniki tapşırıqların hazırlanmasını başa çatdırıb.
Avropalı liderlər Trampın addımlarını QRUP ÇATINDA MÜZAKİRƏ EDİRLƏR - "Politico"
Cənubi Koreya və İtaliya yüksək texnologiyalı sahələrdə əməkdaşlığı genişləndirəcək