2025-ci ildə Ukraynadan Azərbaycana dörd qrup olmaqla 132 uşaq gətirilib.
“İki sahil” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
V.Behbudov vurğulayıb ki, uşaqlar Bakı və bölgələrdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunublar:
"Artıq dörd ildir ki, icra olunan layihə çərçivəsində Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların sosial-psixoloji reabilitasiyasını da həyata keçiririk. Onlar üçün ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyalar təşkil edilib. 2022-ci ildən bu günədək 360 ukraynalı uşaq Azərbaycanda reabilitasiya xidmətlərindən yararlanıb".
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb
Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir