Hər il keçirilən Dünya İqtisadi Forumunun (DİF) Davosdakı sessiyasında əsas müzakirə mövzusu Qrenlandiya olacaq, Ukrayna məsələsi isə ikinci plana keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa rəsmilərinə istinadən "Politico" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa ölkələri ilk növbədə Qrenlandiya ətrafında yaranmış vəziyyəti tənzimləməyə çalışacaq.
“Ukrayna mövzusu arxa plana keçib… Əsas məsələ Trampın Qrenlandiyanın alınması ilə bağlı təklifi olacaq”, — deyə məlumatda bildirilir.
Avropalı liderlər Trampın addımlarını QRUP ÇATINDA MÜZAKİRƏ EDİRLƏR - "Politico"