19 yanvar 2026 19:04
103

Türkiyə və Özbəkistanın 2026-cı il üzrə müdafiə əməkdaşlığı planı razılaşdırılıb

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yanvarın 19-da Ankarada Özbəkistanın müdafiə naziri Şuxrat Xalmuxamedov ilə görüşüb.

“İki sahil” xəbər verir ki, təkbətək və geniş tərkibdə keçirilən danışıqların yekunlarına əsasən müdafiə əməkdaşlığı sahəsində iki Saziş imzalanıb.

Müdafiə qurumlarının rəhbərləri “Hərbi-tibbi xidmət sahəsində təlim və əməkdaşlıq haqqında hökumətlərarası saziş” və “Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Özbəkistanın Müdafiə Nazirliyi arasında 2026-cı il üçün hərbi əməkdaşlığın həyata keçirilməsi planı” sənədlərini imzalayıblar.