19 yanvar 2026 21:23
113

Bolqarıstan Prezidenti istefa verib

Bolqarıstan Prezidenti Rumen Radev istefa elan edib.

“İki sahil” xəbər verir ki, Bolqarıstan liderinin bu barədə xalqa müraciətinin birbaşa yayımı Radevin "Facebook" səhifəsində yayımlanıb.

"Bu gün mən sonuncu dəfə Bolqarıstan Prezidenti kimi sizə müraciət edirəm. Bağışlanmağımı diləyirəm. Zaman sizin etimadınızı sınağa çəkdi və mən səbrinizə görə sizə təşəkkür edirəm", - deyə Radev bildirib.

O həmçinin səhvlərə yol verdiyini və işi sona çatdıra bilmədiyini vurğulayıb.