20 yanvar 2026 12:46
117

Britaniya ABŞ-nin hərbi bazasının yerləşdiyi Dieqo-Qarsiyadan imtina etmək istəyir

Böyük Britaniyanın Hind Okeanında yerləşən Çaqos arxipelaqını Mavrikiyə vermək planlarından son dərəcə narahatam, çünki Dieqo-Qarsiyada ABŞ-Britaniya hərbi bazası yerləşir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"NATO üzrə "möhtəşəm" müttəfiqimiz olan Birləşmiş Krallıq hazırda ABŞ-nin ən mühüm hərbi bazasının yerləşdiyi Dieqo-Qarsiyadan imtina etməyi planlaşdırır. Bunu ümumiyyətlə heç bir səbəb olmadan edir. Çin və Rusiya şübhəsiz ki, bu mütləq zəiflik təzahürünü hiss ediblər", - o vurğulayıb.

Onun sözlərinə görə, belə dövlətlər yalnız gücə hörmət edirlər və ABŞ indi bu gücü nümayiş etdirir. D.Tramp bildirib ki, Londonun Çaqosdan imtinası böyük axmaqlıqdır.

Xatırladaq ki, may ayında Böyük Britaniyanın Baş naziri Kir Starmer Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə keçməsi barədə saziş imzalayıb. Sazişin şərtlərinə görə, Böyük Britaniya Dieqo-Qarsiya hərbi bazasının istismarı üçün Mavrikiyə ildə orta hesabla 101 milyon funt-sterlinq ödəyəcək.