21 yanvar 2026 01:14
92

Uitkoff Rusiya Prezidentinin nümayəndəsi ilə görüşünü müsbət qiymətləndirib

Davosda Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner arasında görüş keçirilib.

“İki sahil” Rusiya mediasına istinadən xəbər verir ki, görüş iki saatdan çox davam edib.

Uitkoff bildirib ki, Dmitriyevlə investisiya və iqtisadi əməkdaşlıq üzrə danışıqlar yaxşı keçib.

"Çox pozitiv söhbət oldu", - xüsusi nümayəndə qeyd edib.

Dmitriyevin sözlərinə görə, görüş konstruktiv ruhda keçib. "Get-gedə daha çox insan Rusiyanın doğru mövqedə olduğunu dərk edir", - o vurğulayıb.

Xatırladaq ki, 2025-ci il dekabr ayının əvvəlində Rusiya Prezidenti Vladimir Putin Kremldə Amerika nümayəndə heyətini qəbul edib. Tərəflər ABŞ tərəfindən təklif olunan Rusiya-Ukrayna münaqişəsinin həllinə dair sülh təşəbbüsünün mahiyyətini müzakirə ediblər, lakin kompromis variantı tapa bilməyiblər.