21 yanvar 2026 11:03
424

Baş naziri öldürənə ağır cəza verildi

Yaponiyanın Nara şəhər məhkəməsi 45 yaşlı Tetsuya Yamaqamini ömürlük həbs cəzasına məhkum edib.

“İki sahil” xəbər verir ki, 2022-ci ilin iyul ayında Yaponiyanın keçmiş Baş naziri Şinzo Abeni qətlə yetirməkdə ittiham olunurdu.

Prokurorlar da qətldə günahını etiraf edən Yamaqami üçün ömürlük həbs cəzası istəmişdilər. Onlar Abenin sui-qəsdini ölkənin müharibədən sonrakı tarixində "görünməmiş cinayət" adlandırıblar.