21 yanvar 2026 18:21
103

İranda etirazlardan sonra vəziyyət necədir?

İranda keçirilən genişmiqyaslı etirazlar zamanı ölənlərin sayı 5 min nəfərə çatıb, onlardan təxminən 500-ü təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

“İki sahil” xəbər verir ki, hakimiyyət orqanları etirazlarda ölənləri təsdiqləyib və silahlı üsyançıları günahsız sakinləri öldürməkdə ittiham edib. Ən ağır toqquşmalar və yüksək ölüm halları İranın şimal-qərbində baş verib.

İran İnsan Haqları Fəalları Xəbər Agentliyi isə ölənlərin sayını 3308, həbs edilənlərin sayını isə 24 mindən çox göstərib.