Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülən Azərbaycan Prezidenti İlham Əliyev haqqında paylaşım edib.
“İki sahil” xəbər verir ki, bu barədə fond "X" hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib ki, Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"na Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoq dilinin təşviqi istiqamətində göstərilən səylərə görə layiq görülüb.
Kamran Bayramov: Qəbələ görüşü: Yüksək səviyyəli dialoqun və qarşılıqlı etimadın növbəti təzahürü
Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir