24 yanvar 2026 21:33
106

Minneapolisdə sərhəd xidməti əməkdaşının iştirakı ilə atışma baş verib

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində sərhəd xidmətinin əməkdaşının iştirakı ilə atışma baş verib.

“İki sahil” "Fox News"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi məlumat verib.

Qeyd olunub ki, sərhəd xidmətinin əməkdaşı silahlı şəxsə atəş açıb. Şübhəlinin tapançası və ona aid iki darağı aşkarlanıb.

Yaralının vəziyyəti barədə hələlik məlumat yoxdur. Yerli hakimiyyət orqanları hadisədən xəbərdardır.