24 yanvar 2026 21:57
92

Millimiz Danimarkanı məğlub etdi

Bu gün Azərbaycanın futzal millisi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoldaşlıq oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, komanda Danimarka yığması ilə qarşılaşıb. Matç təmsilçimizin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qollarını Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və Rövşən Hüseynli vurublar.

Qeyd edək ki, bu kollektivlər yanvarın 22-də də qarşılaşıblar və Danimarka millisi 4:1 hesablı qələbə qazanıb.