ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyə ümid edir.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" qəzeti ABŞ Prezidenti Donald Tramp administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
"Aydındır ki, hazırda Avropa ilə Rusiya arasında çox da etimad yoxdur, amma biz əsl deeskalasiya nümayiş etdirərək etimad qurmağa başlamağa imkan verəcək yeni bir paradiqmanın işə salınması üçün zəmin yaratmaq istəyirik. Hər iki tərəf sülhdən nə əldə edə biləcəklərini, məsələn, Ukraynanın çiçəklənməsi üçün bir plan və Rusiyanın ABŞ ilə biznes sövdələşmələri üçün bəzi imkanlar əldə edə biləcəklərini anlamağa başlayır", - nəşr mənbəyə istinadən bildirib.