Çexiyanın Baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya L-159 yüngül döyüş təlim təyyarələri satmayacağını təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə “İdnes” agentliyi məlumat yayıb.
“Ukraynaya L-159 satışı yoxdur və olmayacaq. Məsələ artıq bağlanıb”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, 16 yanvarda Çexiya Prezidenti Petr Pavel Kiyevə bir neçə L-159 təyyarəsi almağı təklif etmişdi.