25 yanvar 2026 10:13
98

Putin və Zelenski tezliklə görüşə bilər

Vaşinqton administrasiyası Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ rəsmisi “Axios”a bildirib.

Mənbənin məlumatına görə, Putin və Zelenski arasında görüşə çox yaxınıq:

“Düşünürük ki, buna çox da uzaq deyilik. Əgər indiki kursla irəliləməyə davam etsək, buna nail olacağıq”.

Portalın qeyd etdiyinə görə, ABŞ administrasiyasında Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli görüşün Vaşinqtonun gözlədiyindən də yaxşı keçdiyi düşünülür.