26 yanvar 2026 23:32
94

"Real" rəhbərliyinə xəbərdarlıq etdi

"Real"ın aparıcı futbolçusu Vinisius Junior gələcəyi ilə bağlı qeyri-müəyyənliyə tezliklə son qoymaq niyyətindədir.

“İki sahil” "El Nacional"a istinadən xəbər verir ki, braziliyalı hücumçunun əsas istəyi "kral klubu" ilə müqaviləsini yeniləməkdir. Lakin tərəflər arasında maliyyə məsələlərində ciddi fikir ayrılığı yaranıb. Vinisiusun illik 30 milyon avro maaş tələb etməsi fonunda Madrid təmsilçisi bu məbləği həddindən artıq yüksək hesab edir.

Məlumata görə, məsələnin uzanmasını istəməyən 25 yaşlı futbolçu rəhbərliyə konkret vaxt təyin edib. O, aprel ayına qədər müqavilə ilə bağlı yekun qərarın verilməsini tələb edib. Əgər "Real" onun maaşının artırılması ilə bağlı şərtini qəbul etməsə, Vinisius komandadan ayrılmağa hazırdır.

Xatırladaq ki, Vinisiusun Madrid klubu ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.