27 yanvar 2026 19:26
25

Pərvanə Vəliyeva həmsədr seçilib

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Qlobal Vərəm Koalisiyanın Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə növbəti 4 il üçün həmsədri seçilib. Koalisiyanın rəhbərliyi sözügedən təyinatı təsdiq edib.

“İki sahil” xəbər verir ki, Şərqi Avropa və Mərkəzi Asiya regionuna Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan daxildir. Qlobal Vərəm Koalisiyası parlamentarilərin vərəmlə mübarizə üzrə beynəlxalq platformasıdır və 161 ölkədən 3000-dən çox parlamentarini bir araya gətirərək vərəmin aradan qaldırılmasında deputatların fəal rolunu təşviq edir. Təmsil olunan parlamentarilər ölkə parlamentlərinin səhiyyə komissiyalarının üzvləridir.

Həmsədrlik ictimai əsaslarla olan vəzifədir və parlamentarinin vəzifədə olduğu müddətlə müəyyən olunur.