29 yanvar 2026 16:40
111

Şavkat Mirziyoyev Türkiyədə səfərdədir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edib.

“İki sahil” xəbər verir ki, Özbəkistan Prezidentini R.T.Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Esenboğa Hava Limanında qarşılayıblar.

Qeyd edilib ki, hər iki lider Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək. İclasda ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar ətraflı şəkildə müzakirə olunacaq.

Liderlərin təkbətək və nümayəndə heyətləri ilə görüşlərdən sonra mətbuat konfransı keçirəcəkləri gözlənilir.