30 yanvar 2026 18:26
127

Bərə qəzası nəticəsində ölənlərin sayı 31-ə çatıb

Filippində "Trisha Kerstin 3" adlı "Ro-Ro" tipli bərənin qəzası nəticəsində ölənlərin sayı daha iki meyitin tapılmasından sonra 31-ə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi Filippin Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ən azı 316 nəfər xilas edilib.

Axtarış əməliyyatları davam edir və itkin düşənlərin dəqiq sayını müəyyən etmək üçün araşdırma aparılır.

Bərə Zamboanqa şəhərindən (Filippin) Holo adasına gedirmiş. O, Baluk adası yaxınlığında qəzaya uğrayıb.