Qazaxıstan Mərkəzi Asiyada nüvə silahından azad zona haqqında müqavilə çərçivəsində 2026-cı il üçün sədrliyi qəbul edib.
“İki sahil” Qazaxıstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu ölkənin xarici siyasət qurumunun nümayəndələri müqavilənin iştirakçı dövlətlərinin illik məsləhətləşmə görüşündə iştirak ediblər. Görüş zamanı sədrliyin funksiyaları rəsmi olaraq Qazaxıstana verilib.
Tərəflər 2025-ci il üzrə birgə fəaliyyəti və cari il üçün planları, o cümlədən BMT çərçivəsində fəaliyyətlərin koordinasiyasını müzakirə ediblər.
İl ərzində Mərkəzi Asiya ölkələrinin xarici siyasət qurumlarının xətti ilə anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Mərkəzi Asiyada nüvə silahından azad zona haqqında müqavilə (“Semipalatinsk müqaviləsi”) Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən 2006-cı il sentyabrın 8-də Semipalatinskdə imzalanıb və 2009-cu il martın 21-də qüvvəyə minib.