Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Gürcüstanın bu ölkədəki səfiri Levan Diasamidze ilə görüş keçirib.
“İki sahil” Qazaxıstan XİN-ə istinadla xəbər verir ki, tərəflər gündəliyin aktual məsələlərini müzakirə edib və ənənəvi dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.
Görüşdə iqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafına, həmçinin nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Bu çərçivədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə layihələr də müzakirə olunub.
Görüşün yekununda tərəflər əməkdaşlığın bütün istiqamətləri üzrə konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.