30 yanvar 2026 22:34
115

ABŞ İrana Venesueladakından daha böyük qüvvə göndərir - Tramp

ABŞ İrana Venesuelaya göndərdiyindən daha böyük qüvvə göndərir.

“İki sahil” xəbər verir ki, bunu Ağ Evdə keçirilən tədbir zamanı ABŞ lideri Donald Tramp bildirib.

"İrana tərəf böyük bir armada, flotiliya - necə istəyirsiniz adlandırın - irəliləyir; bu hətta Venesuela sahillərində olan qüvvəmizdən də böyükdür", - deyə o bildirdi.

Bununla yanaşı, Tramp Vaşinqtonun Tehran ilə sazişə nail olacağına ümid etdiyini qeyd edib.

"Əgər biz sazişə nail olmasaq, nə baş verəcəyinə baxarıq", - Ağ Ev rəhbəri əlavə edib.