30 yanvar 2026 22:55
108

Putin Laricani ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin bu ölkədə səfərdə olan İran Təhlükəsizlik Şurasının katibi Əli Laricanini qəbul edib.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Kremldə baş tutan görüşün müzakirə mövzuları barədə məlumat verilməyib.

Qeyd edək ki, Laricaninin Moskvaya səfəri əvvəlcədən elan edilməyib.