Bu gün Avropa bürokratiyasında vəziyyət çox çətindir. Əgər hər hansı bir dönüş nöqtəsi olarsa, gürcü xalqına və dövlətimizə yanaşma da dəyişəcək.
“İki sahil” xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.
Baş nazir Parlament sədrinin Aİ səfirinə göndərdiyi və Aİ-nin hələ cavab vermədiyi məktubla bağlı məsələyə də aydınlıq gətirib.
Hökumət başçısı Aİ-dən sağlam mövqe gözləmədiyini qeyd edib: "Mən nikbin ola bilmərəm. Ölkəmizdə zorakılığa dəstək və zorakılığın təşviqi uzun müddətdir ki, davam edir. Burada da sağlam mövqe gözləmirik. Ümid edirəm ki, Avropa bürokratiyasında dönüş nöqtələri olacaq. Bu gün Avropa bürokratiyasında vəziyyət çox çətindir. Dönüş nöqtələri olarsa, bu halda, gürcü xalqına və dövlətimizə yanaşma da dəyişəcək”.