31 yanvar 2026 01:14
96

ABŞ-dan Kubaya ağır iqtisadi zərbə: Fövqəladə vəziyyət elan edildi

"ABŞ-ın Kuba ilə bağlı mövqeyi "fövqəladə təhlükə" təşkil edir və bu, ölkədə fövqəladə vəziyyətin elan edilməsinə səbəb olub".

“İki sahil” xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilla "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Kuba xalqı beynəlxalq ictimaiyyətlə həmrəy olaraq belə qənaətə gəlir ki, mövcud vəziyyət ABŞ hökumətinin "Azadlıq adasına" qarşı davranışları fonunda qeyri-adi və fövqəladə təhlükə yaradır. Bu təhlükə ilə əlaqədar Kuba beynəlxalq miqyasda fövqəladə vəziyyət elan edir" , - nazir qeyd edib.

Xatırladaq ki, yanvarın 29-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtona Kubaya neft tədarük edən ölkələrin mallarına tarif tətbiq etmək səlahiyyəti verən sərəncam imzalayıb. Kubanın xarici işlər naziri bu qərarı beynəlxalq ticarətin əsas prinsiplərini pozan və Kuba xalqı üçün "ekstremal şərait" yaradan addım kimi qiymətləndirərək qətiyyətlə pisləyib.