Süni intellekt texnologiyalarının genişlənməsi və əmək bazarındakı artımın ləngiməsi fonunda ABŞ-nin iri şirkətləri təxminən 52 min işçini ixtisar etməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
“Şirkətlər getdikcə daha çox işdən çıxarmaları müzakirə edir və əmək xərclərini azaltmaq üçün süni intellektdən istifadə etməyə çalışırlar”, – deyə “Goldman Sachs” bankının ABŞ üzrə baş iqtisadçısı Devid Merikl bildirib.
Məlumata görə, bir çox aparıcı ABŞ şirkətləri iqtisadi qeyri-müəyyənlik və artan təzyiqlər fonunda işçi qüvvəsini azaltmağa məcburdur. Eyni zamanda, istehsal və idarəetmə proseslərini optimallaşdırmaq məqsədilə süni intellektə investisiyalara üstünlük verirlər. Bu təşəbbüs “Amazon”, “Nike”, UPS, “Home Depot” və digər tanınmış şirkətləri əhatə edəcək.