31 yanvar 2026 08:50
150

KİV: Səudiyyə Ərəbistanı İrana zərbə endirilməsinin tərəfdarıdır

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Al Səud hesab edir ki, ABŞ-ın İrana mümkün zərbədən imtina etməsi Tehrandakı rəhbərliyi gücləndirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Məlumata görə, səudiyyəli nazir bu mövqeyini Vaşinqtonda yerli analitik mərkəzlərin rəhbərlərinin iştirakı ilə keçirilən qapalı brifinqdə ifadə edib. "Axios" bildirib ki, bundan bir gün əvvəl o, ABŞ Dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə görüş keçirib.

Portalın yazdığına görə, Səudiyyə Ərəbistanının müdafiə naziri: "Bu mərhələdə əgər (İrana zərbə – red.) baş verməsə, bu, yalnız İran rəhbərliyini gücləndirəcək", - deyib.

"Axios"un məlumatına görə, səudiyyəli nazir ABŞ Prezidenti Donald Trampın administrasiyasının eskalasiyadan yayınmağa çalışaraq hərbi xarakterli tədbirlər görməli olacağını bildirib. Portal vurğulayıb ki, bu kimi açıqlamalar Ər-Riyadın rəsmi mövqeyi ilə üst-üstə düşmür.