Konstitusiya islahatı üzrə Komissiya Qazaxıstanın yeni Konstitusiyasının layihəsini dərc edib.
“İki sahil”in Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsinə istinadla verdiyi məlumata görə, ölkənin yeni Əsas Qanununun layihəsi vətəndaşların, siyasi partiyaların, ictimai təşkilatların və ekspertlərin təkliflərinin hərtərəfli təhlili, açıq ictimai müzakirələr və yeni norma və müddəaların ətraflı işlənməsi nəticəsində hazırlanıb.
Konstitusiya islahatının başlanğıc nöqtəsi Dövlət başçısı Kasım-Jomart Tokayevin Qazaxıstanda bir palatadan ibarət Parlament yaradılması təşəbbüsü olub.
Prezident bu ideyanı 2025-ci il sentyabrın 8-də ölkə xalqına ünvanladığı illik müraciətində siyasi sistemin kompleks yenilənməsi və süni intellekt dövründə Qazaxıstanın sosial-iqtisadi inkişafının sonrakı gedişatına müsbət təsir göstərmək məqsədilə səsləndirib.