Çində bir qadın sosial şəbəkələrdə ərini xəyanətdə ittiham edən paylaşım etdikdən sonra ərindən və onun məşuqəsindən üzr istəməyə məcbur edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Məlumata görə, qadın yalnız ərinin xəyanətindən danışmayıb, həm də onun şəxsi həyatının bir neçə aspektini, o cümlədən iş yerini açıqlayıb.
Buna cavab olaraq ər məhkəməyə müraciət edib və məhkəmə onun tərəfini tutub. Qərara görə, qadın 15 gün ərzində internetdə ərindən üzr istəməsi barədə paylaşım etməlidir. O, həm ərindən, həm də məşuqəsindən ictimaiyyət qarşısında üzr istəməlidir, çünki bu, onların nüfuzunu qorumaq üçün zəruridir.
Bu hadisə geniş ictimai marağa səbəb olub və nəticədə kişinin işəgötürəni onu müvəqqəti olaraq işdən azad edib.