31 yanvar 2026 11:35
111

Xaçmazda yük maşını piyadanı vurub

Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yolda yük maşını vurub.

Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.