"Xalq ümumilikdə razı deyilsə, müəyyən bir azlığın məmnuniyyətinin heç bir faydası yoxdur. Heç bir güc ədalət prinsipi ilə hərəkət edən hökuməti və milləti devirə bilməz. Xalqa münasibətimizi dəyişdirməliyik. Onları əmr verdiyimiz insanlar kimi deyil, xidmət etdiyimiz insanlar kimi görməliyik."
“İki sahil” İran mətbuatına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Dövlət başçısı tez-tez "belə danışmamaq" barədə xəbərdarlıq edildiyini xatırladaraq deyib: "Bəs mən nə deməliyəm? Biz artıq edilməli olanı etməli idik. Əgər münasibətimiz etməli olduğumuz şeylərlə uyğun olsaydı, proses bu qədər ağrılı olmazdı."
Məhərrəm Ağalaroğlu, “İki sahil”