31 yanvar 2026 14:11
110

Moldovada elektrik enerjisinin verilməsində fasilələr yaranır - Energetika Nazirliyi səbəbi açıqladı

Ukraynanın elektrik şəbəkələrindəki fasilələr, digər səbəblərlə yanaşı, “Moldavskaya QRES”in (MGRES) balanslaşdırma stansiyasında və bütün Moldovada elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.

İki sahil” TASS- istinadla xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi feysbukda məlumat yayıb.

"Ukrayna elektrik şəbəkəsindəki ciddi problemlər səbəbindən, 31 yanvar şənbə günü (yerli vaxtla) saat 10:42-də 400 kV-luq İsakçea-Vulkaneşti-MGRES xəttində gərginlik düşməsi baş verib və bu da enerji sisteminin təcili olaraq dayandırılmasına səbəb olub", deyə bildirilib.

Qeyd edək ki, Kişinyov da daxil olmaqla, Moldovanın bir neçə bölgəsində əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaşanır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”