31 yanvar 2026 16:17
128

İran Hörmüz boğazında hərbi təlimlər keçirir

İran Hörmüz boğazında hərbi təlimlər keçirməyə başlayıb.

“İki sahil” xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.

Bildirilib ki, hərbi manevrlər Hörmüz boğazı, ona bitişik Kəngər və Oman körfəzləri bölgəsini əhatə edir.

Məlumata görə, təlimlər iki gün davam edəcək.

Bildirilib ki, fevralın sonunda isə Hind okeanın şimalında İran Hərbi Dəniz Qüvvələri, İslam İnqilabının Keşikçiləri Qvardiyasının (Sepah) Hərbi Dəniz Qüvvələri, həmçinin Çin və Rusiya Hərbi Dəniz qüvvələrinin iştirakı ilə səkkizinci birgə təlim keçiriləcək.

Bu təlimlər 2019-cu ildə İran Hərbi Dəniz Qüvvələrinin təşəbbüsü ilə başlayıb və indiyədək yeddi dəfə reallaşıb.

ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdə Mərkəzi Komandanlığı (CENTCOM) İran silahlı qüvvələrinə xəbərdarlıq edərək Amerika hərbi gəmiləri üzərində təhlükəli manevrlər, uçuşlar və ya onlarla toqquşma kursu etməsinə, İranın sürətli katerlərin yaxınlaşması kimi təhlükəli manevrlərə dözməyəcəyini bildirib: "CENTCOM İslam İnqilabı Keşikçiləri Qvardiyasını elan edilmiş hərbi-dəniz təlimlərini təhlükəsiz, peşəkar tərzdə, beynəlxalq dəniz məkanında gəmiçilik azadlığı üçün lazımsız risklərdən qaçaraq keçirməyə çağırır".

CENTCOM vurğulayıb ki, ABŞ qüvvələri, regional tərəfdaşlar və ya kommersiya gəmiləri yaxınlığında istənilən təhlükəsiz və qeyri-peşəkar davranış toqquşma, eskalasiya və destabilizasiya riskini artırır. Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığı Yaxın Şərqdə fəaliyyət göstərən personalının, gəmilərinin və təyyarələrinin təhlükəsizliyini təmin edəcək: "Biz Sepahın Korpusunun təhlükəsiz olmayan hərəkətlərinə niyyətlərinin aydın olmadığı və ya silahların Amerika qüvvələrinə yönəldiyi hallara da dözməyəcəyik".