Türkiyə Super Liqasının iddialı klublarından olan "Kocaelispor" sürpriz transferə imza atıb.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Səlcuq İnanın baş məşqçisi olduğu kollektiv İngiltərə nəhəngi "Mançester Siti"dən Mahamadu Susoho Sissohonu heyətinə qatıb.
Körfəz təmsilçisi 21 yaşlı futbolçu ilə 2 illik (2027-2028 mövsümünün sonuna qədər) müqavilə imzalayıb. Klub rəsmi açıqlamasında İngiltərə klubu ilə birdəfəlik transfer üçün razılıq əldə olunduğunu bildirib.
Qeyd edək ki, cari mövsümün (2025/26) ilk yarısını icarə əsasında "Livinqston"da keçirən gənc yarımmüdafiəçi bu müddətdə 1 qolla yadda qalıb.